Zaxarova qəzəbləndi: “Lavrov İrəvanda da bunu demişdi, lakin…”


“Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulması qeyri-dost addımdır”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bu cür hərəkətlərin ikitərəfli münasibətlərin müttəfiqlik xarakteri ilə ziddiyyət təşkil etdiyini bildirib:

“Rusiya dəfələrlə erməni tərəfdaşlarını bu çirkin təcrübəyə son qoymağa çağırıb. Bu məsələ xarici işlər naziri Sergey Lavrovun may ayında Ermənistana səfəri zamanı da müzakirə olunub. Lakin heç nə dəyişməyib. İrəvana konkret addımlar təklif edirik, onların cavabını gözləyirik”.

Qeyd edək ki, son zamanlarda Rusiya vətəndaşlığı olan erməni əsilli şəxslər və keçmiş siyasətçilərin Ermənistana girişinə məhdudiyyətlər tətbiq olunub./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ