ABŞ prezidenti Donald Tramp İraq, Əlcəzair və Liviyadan idxal edilən məhsullara avqustun 1-dən etibarən 30 faiz vergi tətbiq ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp vergi qərarı ilə bağlı müvafiq ölkələrin liderlərinə məktublar göndərərkən ədalətli ticarəti vurğuladı.
ABŞ prezidenti Moldova və Bruneyə 25 faiz, Filippinə isə 20 faiz vergi tətbiq ediləcəyini də açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az