İsraillə 12 günlük münaqişədən sonra İranın hava gücünü artırmaq niyyətində olduğu, Çin Müdafiə Nazirliyi isə dost ölkələrə J-10 qırıcıları tədarük etməyə hazır olduqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İranın J-10 qırıcı təyyarəsi ilə maraqlandığına dair məlumatlar da olsa da, Müdafiə Nazirliyinin sözçüsü Cyanq Bin J-10-lar üçün İran və ya başqa bir ölkənin danışıqlar aparıb-aparmaması ilə bağlı açıqlama verməyib.
Newsweek xəbər verir ki, İsrail rəsmisi Çini İrana hərbi ambisiyalarına görə təzyiq göstərməyə çağırıb.
Çinin Təl-Əvivdəki səfirliyi Pekinin İrana hava hücumundan müdafiə sistemləri verməsi ilə bağlı xəbərləri təkzib edib.
Çinin Təl-Əvivdəki səfirliyi Pekinin İrana hava hücumundan müdafiə sistemi verməsi xəbəri ilə bağlı “İsrail Hayom” qəzetinin sualını cavablandırıb.
Açıqlamada Çinin İrana hava hücumundan müdafiə sistemləri verməsi xəbərinin doğru olmadığı bildirilib.
Pekinin müharibə edən ölkələrə "heç vaxt silah ixrac etmədiyi" iddia edilirdi.
Middle East Eye xəbər saytı adı açıqlanmayan mənbələrə istinadən Çinin İsraillə atəşkəsdən sonra İrana qurudan havaya müdafiə sistemləri verdiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az