Terrorçuluğa tamamilə son qoymağı qarşıya məqsəd qoyan “çərçivə qanunu” Türkiyə Böyük Millət Məclisində son oxunuş mərhələsinə çatıb.
Turkustan.az xəbər verir ki, hökumət tərəfindən “Terrorsuz Türkiyə” prosesini həyata keçirmək üçün hazırlanan hüquqi sənəd ləğv edilmiş təşkilatların üzvlərinin Türkiyəyə qayıtmasında gecikmə hallarının qarşısını almaq məqsədi daşıyır.
Türkiyəyə gələnlərə bir və ya iki ay müddət veriləcək. Hüquq mütəxəssisləri tərəfindən görülən işlərin bayramdan sonra yekunlaşdırılacağı və parlamentdəki digər partiyalara təqdim ediləcəyi gözlənilir.
Qanun layihəsində silahlarını Türkiyəyə gələrək yerə qoyan terror təşkilatlarının üzvlərinin gəlişi üçün prosedurlar müəyyən edilir. Eyni zamanda, təşkilat tərəfindən hər hansı gecikdirmə yol verilməsinin qarşısını almaq üçün vaxt məhdudiyyəti nəzərdə tutulur.
Qanun layihəsinə görə, silahı yerə qoyub Türkiyəyə daxil olan insanların sayı bir-iki ay ərzində öyrəniləcək. Girişlər davam edərsə, bu müddət uzadılacaq. Lakin girişlər məhdud olarsa, müddət uzadılmayacaq və sərhəd tamamilə bağlanacaq. Beləliklə, gələnlər üçün qanuni prosedurlar tətbiq edilsə də, qalanları üçün lazımi tədbirlər görüləcək.
Təşkilat üzvləri bu müddət ərzində Türkiyəyə gəlməkdə davam edərsə, onlara verilən möhlət uzadıla bilər. Parlament və ya Prezidentə müddəti uzatmaq səlahiyyəti veriləcək. Prosesin tam başa çatması üçün 3 illik müddət nəzərdə tutulub. /Cebheinfo.az/