Pezeşkian: Heç bir gücə boyun əyməyəcəyik!


İran Prezidenti Masoud Pezeşkian ölkəsinin heç bir xarici təzyiq qarşısında geri çəkilməyəcəyini və İranın şərəfinin şəxsi rahatlıq və ya siyasi maraqlar naminə qurban verilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Pezeşkian Tehranda hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantıda ölkədəki son vəziyyət və regional hadisələrlə bağlı çıxış edib.

İran lideri qeyd edib ki, ölkənin düşmənləri raket, bomba və hərbi təyyarələrlə İranı “ram edə” bilməz. Onun sözlərinə görə, əsas təhlükə cəmiyyətdə xaos yaratmaq, birlik və həmrəyliyi zəiflətmək cəhdləridir.

Pezeşkian deyib: “Biz təslim olmayacağıq. Heç bir gücə boyun əyməyəcəyəm. Rahatlığımız və dünyəvi maraqlarımız naminə ölkənin şərəfini qurban verməyəcəyik. Amma ölkəni müdrikliklə idarə etməliyik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ