Çində 5,2 bal gücündə zəlzələ: Ölən və yaralanan var


Çinin cənubundakı Quansi Çjuan Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib. Məlumata görə, bəzi binalara ziyan dəyib, ölən və yaralananlar var.

Turkustan.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, bu səhər episentri Quansi Çjuan Muxtar Rayonunun Liuzhou qraflığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Şəhər mərkəzində 10-dan çox binaya dağıntı və ziyan vuran zəlzələ əvvəlcə 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına və 1 nəfərin itkin düşməsinə səbəb olub.

Zəlzələdən sonra baş verə biləcək potensial afterşok təhlükəsi səbəbindən 7000-dən çox insanın evlərindən təxliyə edildiyi bildirilib.

Əyalət daxilində və ətrafında dəmir yolu şəbəkələrində dəymiş ziyanın qiymətləndirilməsi işləri ilə bağlı qatar xidmətlərinin dayandırılması səbəbindən nəqliyyatın hərəkətində fasilələr yarandığı, lakin rabitə, elektrik enerjisi, su və təbii qaz şəbəkələrinin normal fəaliyyətini davam etdirdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ