Bakıda QORXUNC OLAY: Məktəblini oğurlamaq istədilər


Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Musavat.com-a valideyn məlumat verib. Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

“Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçıb,” – deyə ana bildirib. O da qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildiirb. O ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını bildirib. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik, araşdırma aparıldığı bildirildi.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirmişdi.


MANŞET XƏBƏRLƏRİ