Münaqişədən sonra Ukrayna hansı əraziləri itirəcək?


ABŞ dəniz piyadalarının keçmiş zabiti Skott Ritter Qlenn Diesenə verdiyi müsahibədə münaqişədən sonra Ukraynanın Donbası itirəcəyini və neytral ərazi olaraq qalacağını bildirib.

Turkustan.az xəbər verir ki, analitikin sözlərinə görə, Ukraynanın müharibədən sonrakı quruluşu Kiyevin hazırkı tələblərindən xeyli uzaq olacaq:

"Nəticədə Ukrayna Donbası itirəcək, Zelenski hökuməti isə dağılacaq. Ukraynanın necə görünəcəyini düşünürəm? Düşünürəm ki, iqtisadi və dövlət potensialı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış neytral bir ölkə olacaq".

S.Ritter həmçinin Kiyevin Avropadakı tərəfdaşlarının münaqişənin başa çatması ilə bağlı öz şərtlərini Moskvaya qəbul etdirə bilməyəcəyini və Rusiyanın öz xəttini davam etdirəcəyini vurğulayıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ