Günəş tutulması kimlərə necə təsir edəcək? - Həkimdən XƏBƏRDARLIQ


Xəbər verdiyimiz kimi, bu gün 2024-cü ilin ilk Günəş tutulması baş verəcək.

Turkustan.az-ınməlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Bəs Günəş tutulması insanlara necə təsir edəcək?

Terapevt Nərminə Abbasova Bakıvaxtı.az-a bildirib ki, müşahidə etdiyimiz Günəş tutulmasında arada külək, arada yağış, atmosfer təzyiqinin aşağı-yuxarı olması, yəni bu dəyişkənliklər, ümumiyyətlə ürək-qan-damar sistemində problem olan xəstələrdə, arterial təzyiqin yüksəlməsi, xroniki xəstəliklərdə kəskinləşmələrə gətirib çıxaracaq:

“Yəni birmənalı şəkildə meteohəssas insanlar onu daha çox hiss edirlər. Hiss etdikləri üçün onlarda əsasən ümumi qan dövranında dəyişiklik başlayır, əsəb sisteminə təsir edir, ümumi gərginlik, əzələ gərginlikləri, halsızlıq, baş ağrıları, ürəkbulanma baş verir. Bəzən təzyiq həddən artıq qalxmaya bilər, amma həmin şikayətlər ortaya çıxır”.

Nərminə Abbasova: Arterial təzyiq problemi olmayanların da səhhətində problemlər yarana bilər

Terapevt qeyd edib ki, xəstələrə açıq havaya çox çıxmamaları, rahat bir həyat şəraiti keçirmələri, əsəb yaradacaq məqamlardan uzaq durmaları məsləhətdir:

“Çünki arterial təzyiqin yüksəlməsi, baş ağrısı, baş gicəllənmə, ümumi həyat keyfiyyətini aşağı salacaq dərəcə də təsir edir. Arterial təzyiq üçün dərman içənlər öz dərmanlarını vaxtlı-vaxtında içmələri, istirahətə üstünlük vermələri məsləhət görülür. Yəni bugünkü hava şəraitinə uyğun öz həyat tərzlərini qurmaqda birbaşa özlərinə kömək etsinlər”.

N.Abbasova bu gün Təcili Tibbi Yardım həkimlərinin gücləndirilmiş iş rejimində çalışacaqlarını vurğulayıb.

Onun sözlərinə görə, arterial təzyiq problemi olmayanların da səhhətində problemlər yarana bilər.

“Mütləq ailə həkimlərinə müraciət etsinlər. Və ya ilk yardım etməyə cəhd etsinlər. Səhlənkar yanaşmaq lazım deyil, çünki arterial təzyiqin yüksəlməsi kriz hallarına qədər gətirib çıxara bilər. İnsultun, infarktın qarşısını almaq üçün həkim təyinatına əsasən təcili yardım peraparatlarından istifadə etməlidirlər”.

Qeyd edək ki, verilən məlumata görə, bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq.

Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.


MANŞET XƏBƏRLƏRİ