Kişilər niyə qadınlardan tez ölürlər? - SƏBƏB


"Ürək-damar xəstəlikləri kişilər arasında daha çox yayılıb. Bu da kişiləri vaxtsız ölümə aparan səbəblərdən biridir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu qadınların kişilərdən daha çox uzun ömürlü olmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, kişilərin dünyasını daha tez dəyişməsinin səbəblərindən biri öldürücü xəstəliklərin yayılmasıdır:

"Belə xəstəliklər kişilər arasında daha çox yayılır. Bundan əlavə, kişilər yol qəzalarında, dava-dalaşda, müharibədə, orduda, həbsxanada üstünlük təşkil edir. Bunları bir yerə toplayanda böyük faiz edir”.

Əhməd Qəşəmoğlu bildirib ki, kişilər arasında risk qrupları daha çoxdur:

"Kişilər arasında müxtəlif risklərdən ölənlər daha çoxdur. Digər bir səbəb kişilərin daha əsəbi olmasıdır. Bu hal da onların səhhətinə təsir edən amillərdəndir”.


MANŞET XƏBƏRLƏRİ