"Rus dünyası"nın ideoloqu Aleksandr Duqin Rusiya elitasının Prezident Vladimir Putinə müharibəni dayandırmaq üçün ciddi təzyiq göstərdiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, rusiyalı politoloq hakim elitanın müharibənin tezliklə bitməsini istədiyini açıq şəkildə dile gətirib.
Duqin özünün sosial media hesabında yazdığı məqalədə bildirib: "Rəhbərimiz və bütün xalq müharibəni Qələbəyə qədər aparmağa hazırdır. Lakin elita — demək olar ki, tam tərkibdə — qaranlıq bir kütlə kimi onun başının üstünü kəsib pıçıldayır: bitir... Lakin bu, imkansızdır. Qələbə olmadan heç nə alınmaz. Deməli, hazırda vəziyyəti yaxşı olanlar üçün ağrılı olacaq islahatlar lazımdır. Bəlkə onların keyfi yerindədir, amma bizə Qələbə lazımdır. Rəhbər hər şeyi düzgün görür və düzgün əmrlər verir. Lakin bu düzgün əmrlərdən niyə düzgün nəticələrin çıxmadığını araşdırmaq lazımdır".
Duqinin bu açıqlaması Kreml daxilində müharibənin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının və dərin qarşıdurmanın pik həddə çatdığının göstəricisi kimi qiymətləndirilir./Musavat.com