"Aptekdən "Motilium" adlı dərman soruşuram. Həzm sistemindən davamlı müalicə alan insanlar bu dərmandan bir qayda olaraq istifadə edirlər. Deyirlər hazırda yoxdu, amma sifariş olsa gətirtmək mümkündür. Sadəcə qiymətinin baha olacağını deyirlər və dərhal da 28 manat olduğunu əlavə edirlər".
Turkustan.az xəbər verir ki, bunu Rövşən Əliyev sosial media hesabında paylaşıb.
"Deyirəm ki, bir dostumuz 6 ay əvvəl Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur".
"Sonra gəlib Türkiyədə qiymətlərlə maraqlanıram, cəmi 3,5 manat.
Bir dəfə yazmışdım bu mövzuda, amma davamlı yazmaq lazım olduğunu düşünürəm.
Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfə.
Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. O zaman Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox axı...
Kiçik düzəliş: Daha dəqiq olsun deyə sonradan kiçik bir dəqiqləşdirmə apardım. Bizdə satışda olan paketdə 30 ədəd var, yəni bir ədəd həb 93 qəpik. Türkiyədə satışda olan qutuda 21 ədəd, yəni 1 ədəd həb 18 qəpik. Burdan da baxanda fərq 5 dəfə...", - deyə o əlavə edib. /Bizim.Media