İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.
Bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane brifinqdə bildirib.
Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.
“Onların kamikadze dronlarının hücumu isə ilk günlərlə müqayisədə 73% azalıb”, - o bildirib.
Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.
General ABŞ-ın İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.