Maersk şirkəti Körfəz ölkələrinə yük rezervasiyalarının qəbulunu dayandırdı


Dünyanın ən böyük konteyner daşımaları şirkətlərindən biri olan Maersk, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İraq, Bəhreyn və Omana yük sifarişlərinin qəbulunu müvəqqəti olaraq dayandırdığını açıqladı.

Turkustan.az xəbər verir ki, Danimarkada yerləşən Maersk şirkətinin yazılı açıqlamasında ABŞ-İsrail birgə İrana hücumlarından sonra bölgədəki yük daşımalarının vəziyyəti ilə bağlı məlumat verilib.

Şirkət bölgədəki inkişaflarla əlaqədar müxtəlif təhlükəsizlik tədbirləri gördüyünü bildirib və əlavə edib: “BƏƏ, Oman, İraq, Küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanından giriş və çıxış üçün yük rezervasiyalarının qəbulunu müvəqqəti olaraq növbəti xəbərdarlığa qədər dayandırırıq. Vacib qida məhsulları, dərmanlar və digər zəruri mallar üçün istisnalar ediləcək”.

Maersk şirkəti 1 martda bütün gəmilərinin Hörmüz boğazından keçidini növbəti xəbərdarlığa qədər dayandırdığını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ