Kürdlər İranla müharibəyə hazırlaşır - KİV


İrandakı kürd qüvvələri ABŞ və İsrailin dəstəyi ilə quru əməliyyatına hazırlaşırlar.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə planla tanış olan mənbə CNN-ə bildirib.

Mənbə qeyd edib ki, qüvvələr yaxın günlərdə hərəkətə keçəcəklər.

CNN vurğulayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda xalq üsyanını qızışdırmaq məqsədi ilə kürdləri silahlandırır.

“Əgər bu məlumat təsdiqlənərsə, bu, ABŞ-nin “Epik Qəzəb” hava kampaniyasının İranın şimal-qərb sərhədinə doğru quru cəbhəsi ilə genişləndiriləcəyi anlamına gələcək”, - mənbə əlavə edib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.


MANŞET XƏBƏRLƏRİ