Pezeşkian: Biz qonşularımızın suverenliyinə hörmətlə yanaşırıq


İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və regional sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanır.

Turkustan.az xəbər verir ki, Pezeşkian Amerika şirkətinin X sosial media hesabında paylaşdığı mesajda bildirib: "Dost və qonşu ölkələrin hörmətli liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən qaçmağa çalışdıq, lakin Amerika-sionist hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı."

İran prezidenti qonşu region liderlərinə müraciət edərək bildirib ki, "Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və inanırıq ki, regional sülh region ölkələri tərəfindən təmin edilməlidir".

İran 28 fevralda başlayan ABŞ-İsrail hücumlarına cavab olaraq İsrail hədəflərinə, eləcə də bölgədəki ABŞ bazalarına və hədəflərinə hücumlar həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ