X platformasında yayılan bir iddia mübahisələrə səbəb olub: "Birləşmiş Ərəb Əmirlikləri İrana hücum edərsə, BƏƏ-nin hər yeri Türkiyə üçün qanuni hədəf olacaq."
Turkustan.az xəbər verir ki, prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bu xəbərləri təkzib edib.
DMM-in sosial hesabında yayılan açıqlamada qeyd olunub:
"Türkiyə Respublikasının heç bir rəsmi qurumu bu mövzu ilə bağlı açıqlama və ya qiymətləndirmə verməyib. Türkiyə regional gərginliyin artmasına deyil, diplomatiya, dialoq və beynəlxalq hüquqa əsaslanan sülh və sabitliyin qorunmasına yönəlmiş siyasətin tərəfdarıdır. İctimaiyyət yalnız rəsmi orqanların açıqlamalarına etibar etməlidir."

Aytən Yaşar/ Turkustan.az