Paytaxt vuruldu, şiddətli partlayışlar baş verir


ABŞ və İsrailin hücumu ilə başlayan İranla müharibə beşinci gününə qədəm qoyub.

Turkustan.az xəbər verir ki, hər iki ölkə İrana hücumlarını davam etdirərkən, Tehran administrasiyası da İsrailə, Vaşinqtonun müttəfiqlərinə və Körfəz bölgəsindəki ABŞ bazalarına qarşı qisas tədbirlərini davam etdirir.

Saat 12:30-da Şri-Lanka sahillərində baş verən sualtı qayıq hücumu nəticəsində IRIS DENA freqatı batıb. Hadisə zamanı ən azı 101 nəfərin itkin düşdüyü və 78 nəfərin yaralandığı açıqlanıb. Yerli mənbələr gəminin ölkənin cənubundakı Galle sahillərində hücuma məruz qaldığını və xilas edilən yaralıların həmin şəhərdəki xəstəxanaya aparıldığını bildiriblər. Hücumla bağlı əlavə məlumat hələlik açıqlanmır.

10:50 - İranın Tasnim xəbər agentliyi Tehranın şərqində yeni və güclü partlayış səsinin eşidildiyini bildirib.

İsrail Hərbi Hava Qüvvələri açıqlamasında Tehrana onuncu hücum dalğasını başlatdıqlarını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ