İranın müharibə addımı Çinə ağır zərbə vurdu! Dünyanı şoka salan bir qərar


ABŞ–İsrail ittifaqı ilə İran arasında davam edən münaqişədən sonra Tehranın Hörmüz boğazını bağlamaq qərarı qlobal ticarətdə ciddi pozuntulara yol açıb.

Turkustan.az xəbər verir ki, Çinin dövlət şirkəti və dünyanın ən böyük gəmiçilik nəhənglərindən biri olan COSCO Shipping Körfəzə və Körfəzdən bütün reyslərini dayandırdığını açıqlayıb.

Şirkətin bu addımı bölgədə artan hərbi risklər və Hörmüz boğazındakı təhlükəsizlik narahatlıqları ilə əlaqələndirilir. İranın boğazdan tranziti dayandırmasından sonra tanker və kommersiya gəmilərinin hərəkətində ciddi fasilələr yaranıb, bir çox beynəlxalq daşıma şirkəti isə gəmilərini ərazidən geri çəkməyə başlayıb.

Qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı dünya üzrə neft daşımalarının təxminən 20 faizinin keçdiyi əsas marşrutlardan biridir. Boğazın bağlanması xüsusilə Asiya ölkələrinə enerji tədarükü baxımından ciddi risklər yaradır.

Ekspertlərin fikrincə, COSCO-nun Körfəz istiqamətində fəaliyyətini dayandırması Yaxın Şərqdəki müharibənin təkcə hərbi deyil, həm də qlobal ticarət və təchizat zəncirlərinə ciddi təzyiq göstərdiyini nümayiş etdirir. Bu

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ