50 yaşdan yuxarı kişilərin diqqətinə: Bu hallar sizdə varsa...


Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti 50 yaşdan yuxarı kişilərə üç əsas simptom barədə xəbərdarlıq edib. Bunlar prostat vəzinin xərçənginə işarə edə bilər.

Turkustan.az xəbər verir ki, həkimlərin xəbərdarlığını “The Mirror” paylaşıb.

Həkimlərin bildirdiyinə görə, diqqət yetirilməli əsas simptomlar bunlardır: həddindən artıq tez-tez sidiyə getmə, sidik ifrazı zamanı gərginlik, sidik kisəsinin tam boşalmaması.

Həkimlər qeyd edirlər ki, bu əlamətlər mütləq xərçəngi göstərmir, amma müayinəyə getmək üçün ciddi siqnal ola bilər.

Onkoloqlar əlavə ediblər ki, prostat xərçəngi çox zaman yavaş inkişaf edir və uzun illər ərzində simptomlar olmaya bilər.

“Əgər özünüzdə nəyinsə düzgün olmadığını hiss edirsinizsə, gözləmədən terapevtə müraciət edin. Erkən diaqnostika həyat qurtara bilər,” - deyə mütəxəssislər vurğulayıblar. /publika.az/


MANŞET XƏBƏRLƏRİ