İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkarlanan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Turkustan.az xəbər verir ki, ABŞ müdafiə naziri Heqseth məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Biz bundan xəbərdarıq. Hansı növ raketin tutulduğunu görməliyik. Lakin biz bunun NATO-nun 5-ci maddəsi kimi bir şeyə səbəb olacağına inanmırıq. NATO-nun 5-ci maddəsi kollektiv müdafiə qaydasıdır və bu qaydaya əsasən, bir NATO ölkəsinə hücum bütün NATO ölkələrinə hücum hesab olunur və digər üzvlər hücuma məruz qalan ölkəyə kömək etməlidirlər".
NATO-nun əsasını təşkil edən Şimali Atlantika Müqaviləsinin ən vacib maddəsi 5-ci maddədir. NATO üzv dövlətinə hücum edilərsə, bütün üzvlər ona hərbi dəstək verəcəklər. Bu şəkildə hücuma məruz qalan ölkə tək qalmır.
Aytən Yaşar/ Turkustan.az