İran bu sözlərlə ölən ABŞ əsgərlərinin sayını açıqladı


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ–İsrail birgə hücumları ilə bağlı sərt bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, Laricani ABŞ prezidenti Donald Trumpı tənqid edərək bildirib ki, o, İsrailin Baş naziri Binyamin Netanyahunun təsiri altında Amerika xalqını İranla ədalətsiz müharibəyə sürükləyib.

Sosial media hesabında paylaşdığı açıqlamada Laricani 28 fevralda başlayan hücumlar nəticəsində 500-dən çox ABŞ əsgərinin həyatını itirdiyini iddia edib.

O, əlavə edib: “Qoy indi özləri hesablama aparsınlar. Cəmi bir neçə gün ərzində 500-dən çox ABŞ əsgərinin öldüyü bir şəraitdə onların şüarı hələ də ‘Amerika öndədir’, yoxsa ‘İsrail öndədir’ olacaq?”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ