“Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü görüb


“Füyuzat” dərgisinin yeni sayı işıq üzü görüb. Jurnalın 147-ci sayı “Redaksiyadan” sərlövhəli yazı ilə açılır. Dərgidə Ergün Qaracalının “Yeni türk əlifbasının mədəni inqilabı” və Mahir Qəribovun “Ə.Ağaoğlunun “Son Posta” qəzetindəki yazıları” adlı araşdırmalarını, Muxtar Cəfərlinin “Cığırlarda qoyduğumuz izlər” və Füzuli Sabiroğlunun “Unudulmuş İrəvan türbəsi” başlıqlı məqalələrini, Tural İsmayılovun “Şəhərsalma və memarlıq ili” adlı yazısını, Dilqəm Əhmədin “Əbdülqadir İnan və Azərbaycan” başlıqlı araşdırmasını, Orxan Vəliyevin “Mən kiməm?” adlı essesini, Fidan Vahidin “Siyasəti-Fürusət”: bədii qəhrəmanın yolu” və Ülviyyə Rəhmanın “Əliheydər Midhət Paşazadə” başlıqlı məqalələrini, İqrar Mədətlinin “Gözəlliklərə keçid – qapı” adlı bədii yazısını, Səma Öztürkün “Sənə bənzər” başlıqlı şeirini
oxuya bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa bilərsiniz. Qeyd edək ki, dərginin elektron versiyasını “litres.az” saytına müraciət edərək oxumaq mümkündür. Keçid vasitəsilə isə dərgiyə illik abunə ola bilərsiniz.

Xoş mütaliələr!


MANŞET XƏBƏRLƏRİ