Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO


Ölkəmizdə mövcud həkim çatışmazlığı heç kimə sirr deyil. Rəsmi statistika da bunu təsdiqləyir. Hazırda TƏBİB-in tibb müəssisələrində 16 minə yaxın həkim fəaliyyət göstərir. Amma ümumi ştat sayı 21 min civarındadır.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyir ki, həkimlərin 60-70 faizi Bakı ərazisində cəmləşib. Xüsusən, bölgələrdə ixtisaslı tibb işçilərinin qıtlığı var. Hazırda ölkəmizdə yalnız iki ali məktəbdə tibb təhsili verilir. Onların hazırladığı kadrların sayı isə yetərli deyil. Üstəlik, burada təhsil alan gənclərin bəziləri iş üçün xaricə, xüsusən Almaniyaya üz tutmağa başlayıb.

Bəs çıxış yolu nədir? Ölkədə həkim sayının artırılması üçün özəl universitetlərdə tibb təhsilinə təkrar icazə verilə bilərmi? ARB-nin "Diqqət efir” verilişi mövzu ilə bağlı material hazırlayıb.

/qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ