Jurnalistlər hər 3,7 dəqiqədən bir ABŞ prezidenti Donald Trampa zəng vururlar.
Turkustan.az xəbər verir ki, bunu Tramp özü Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, prezident olmazdan əvvəl jurnalistlər ona hər yarım saatdan bir zəng vurub, prezidentliyə başlayanda isə uzun müddət zənglərin dayanmasından təəccüblənib: "Və sonra dedim ki, “Bilirsiniz nə var, mətbuata telefon nömrəmi verəcəyəm”. Bu, indiyə qədər etdiyim ən axmaq şey idi. İndi hər 3,7 dəqiqədən bir zəng alıram"./Musavat.com