Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – //sy.edu.az vasitəsilə aparılacaq.
Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.
Əlavə məlumat və texniki dəstək üçün //sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.
Qəbul prosesi həyata keçirilən müəssisələr ilə tanış ola bilərsiniz:
1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
2. Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
4. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
5. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
6. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
7. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
8. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
9. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
10. Bakı şəhəri, Texniki humanitar lisey;
11. Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
12. Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;
13. Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;
14. Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;
15. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
16. Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
17. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
18. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
19. Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey;
20. İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;
21. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
22. Naxçıvan şəhər, Qızlar liseyi;
23. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
24. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
25. Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
26. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
27. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
28. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
29. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
30. Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
31. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
32. Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
33. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
34. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
35. Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
36. Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
37. Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;
38. Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
39. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:
Lisey və gimnaziyalara qəbul qaydaları
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:
25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə qəbul;
26 iyun 2025-ci il – 6-cı siniflərə qəbul;
27 iyun 2025-ci il – 5-ci siniflərə qəbul.