Türkiyənin Ali Təhsil Şurasının sədri TAU-nu ziyarət edib


Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Turkustan.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.

Türkiyənin Ali Təhsil Şurasının sədri TAU-nu ziyarət edib

Türkiyənin Ali Təhsil Şurasının sədri TAU-nu ziyarət edib

Türkiyənin Ali Təhsil Şurasının sədri TAU-nu ziyarət edib


MANŞET XƏBƏRLƏRİ