Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə bağlı mühüm və sevindirici qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, DİM-in təşəbbüsü ilə Azərbaycan universitetlərinə ödənişli əsaslarla qəbul olunmuş, lakin imtahan nəticələri yüksək olan tələbələr boş qalmış dövlət sifarişli yerlərə keçiriliblər.
Aparılan yenidənqiymətləndirmə və boş qalan plan yerlərinin bölüşdürülməsi nəticəsində ümumilikdə 1870 bakalavr tələbəsi ödənişli təhsildən dövlət sifarişi (pulsuz) əsasında təhsil almaq hüququ qazanıb. Qəbul olunan bu qərar tələbələr və onların valideynləri tərəfindən böyük rəğbətlə qarşılanıb. /“Yeni Sabah”