Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 83,58 dollara satılır.
Turkustan.az xəbər verir ki, ötən gün 84,86 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 83,73 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.08-də bağlanış vaxtı ilə müqayisədə 0,18 faiz azalaraq 83,58 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 79,62 dollara satılıb.
Dünən Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb. API məlumatlarına görə, dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da kommersiya xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə 4 milyon 440 min barrel azalıb. Bu azalma ölkədə tələbatın gücləndiyini göstərməklə qiymətlərə təsir edir. ABŞ Enerji İnformasiya İdarəsi gün ərzində rəsmi məlumatları açıqlayacaq.
Dünyanın ən böyük neft ixracatçısı olan Çindən gələn zəif iqtisadi məlumatlar, ölkədəki tələbatın mənfi təsirlənəcəyi düşüncələrini qidalandıraraq qiymətlərə təsirini davam etdirir. Çində ikinci rübün ümumi daxili məhsulu keçən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artımla gözləntilərin altında olub. Ölkədə pərakəndə satışlar 2 faiz artaraq 2022-ci ilin dekabrından bəri ən yavaş artımı qeyd edib.
Qlobal neft ehtiyatlarının çoxunun yerləşdiyi Yaxın Şərqdə münaqişələr davam edir. İsrail ordusunun Qəzza zolağına hücumları davam edərkən, qlobal dəniz ticarəti üçün kritik əhəmiyyətə malik olan Qırmızı dənizdəki münaqişələr bunun neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar yaradır. İsrail və Livan sərhədində "Mavi xətt" adlanan gərginlik də bölgədə artmaqdadır.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə siyasət faizlərini azaltmağa başlayacağı ilə bağlı proqnozlar bazarlara təsirini davam etdirir. FED sədri Jerome Powell faiz endiriminə başlamaqda gecikmək istəmədiklərini ifadə etdikdən sonra bankın ilin sonuna qədər faizləri ən azı iki dəfə endirəcəyi müəyyən olunmağa başladı.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 84,62-85,52 dollar aralığı müqavimət, 82,40-81,50 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.
Eltac Zülfüqaroğlu/Turkustan.az