Yaralandığı halda döyüş mövqeyini tərk etməyən xüsusi təyinatlı General


1975-ci ilin sentyabr ayının 23-də Salyan rayonunda doğulan qəhrəmanımız Bakıda Ali hərbi təhsil alır...

Xüsusi Təyinatlı Qüvvələrin zabiti olaraq bir sıra ölkələrdə kurs və təlimlərdə iştirak edir...

XTQ-nin sabiq Komandanının müavini, Quru Qoşunlarının Komandanının birinci müavini vəzifələrinə qədər yüksəlir...

XTQ-də general-mayor rütbəsinə qədər yüksələn, Aprel döyüşlərində mərdlik və cəsarətlə döyüşən, Vətən Müharibəsində Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasında göstərdiyi xüsusi döyüş bacarığı və qəhrəmanlığa görə Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək mükafatlarla təltif edilən, Lokal xarakterli anti-terror əməliyyatında xüsusi igidlik və rəşadət göstərən XTQ mənsublu Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov!

Açıklama yok.

Qəhrəmanımız xidməti müddətində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz Xidmətə görə" lll dərəcəli medal, "Qüsursuz Xidmətə görə" ll dərəcəli medal, "Qüsursuz Xidmətə görə" l dərəcəli medal, "Hərbi Xidmətdə Fərqlənməyə görə" lll dərəcəli medal, "Azərbaycan Silahlı Qüvvələrinin Veteranı" medalı, "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Rasim İsmayılov yazır: "Vətən Müharibəsi Qəhrəmanıdır Zaur Zeynalov. Ultramədəni, təvazökar və ideal səviyyədə dəqiq adam. Özü heç nə danışmır özü barədə. Söhbət zamanı ancaq uşaqları tərifləyir. Birinci görüşdən belə bir cümlə ilə yadımda qaldı:"Çox təlimlərdə, yarışlarda olmuşam, tam əminliklə deyirəm ki bizim uşaqlar (xüsusi təyinatlılar) nəinki dünyanın güclü ölkələrinin xüsusi təyinatlıları ilə ayaqlaşır, hətta onlardan güclüdürlər". Sonra bildim ki, 44 günlük savaşda XTQ-nin azsaylı briqadalarından birinin komandiri olub. Həm də necə... 44 gün kipriyi ilə od götürən, amma bir misqal belə xətaya, qüsura yol verməyən yüzlərlə xüsusi təyinatlının komandiri olmaq artıq hər şeyi deyir komutan barədə..."

Zaur Zeynalovun komandiri olduğu briqadanın əsgəri deyir ki,"Şuşa uğrunda döyüşdə qolundan qəlpə yarası aldı. Təxliyə olmaqdan qəti şəkildə imtina etdi. Dedi, mən briqadamı qoyub, geri çəkilmərəm".

Başqa bir əsgəri isə danışır ki, "çox sərt komandirdir. O üzdən ondan çox qorxurdum. Bir dəfə kiçik bir səhvə yol verdim. Hərbi qaydalara görə cəza, almalıydım. Lakin o bunu görməsinə rəğmən mənə heç bir cəza vermədi. Ciddiyyəti sevən adamdır. Amma ciddi və sərt olduğu qədər də çox gözəl ürəyə sahibdir. Mərhəmətlidir, əsgərin qeydinə qalandır."

Hazırda Azərbaycanın Türkiyə Respublikasındakı Hərbi atteşesi vəzifəsində çalışan qəhrəman zabitimizə bundan sonrakı fəaliyyətində uğurlar diləyir, bu vəzifəsinin də öhdəsindən bacarıqla gələcəyinə əminəm!

Harda olsanız da, bilin ki, bu Vətən üçün göstərdiyiniz xidmətləri millət əsla unutmayacaq! Siz bizim fəxrimiz, qürurumuzsuz!

Allah sizi qorusun, vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ