Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xankəndində quruculuq və bərpa” mövzusunda növbəti layihə uğurla icra edilir.
QHT.az xəbər verir ki, layihənin məqsədi Böyük Qayıdış prosesinin bir qolu olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək verməkdir. Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqqında geri dönəcək sakinləri məlumatlandırmaqdır. Layihə çərçivəsində Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə məskunlaşdıqları bölgələrdə Böyük Qayıdışla bağlı görüşlər həyata keçirib lentə alınaraq sosial çarx hazırlanacaqdır. Xankəndi şəhərində Böyük Qayıdışla bağlı aparılan quruculuq və bərpa işləri kameranın yaddaşına həkk olunaraq tarixi məqamlar lentə alınaraq video çarx hazırlanacaqdır.
Layihə Böyük Qayıdış prosesinə dəstək olaraq Xankəndi şəhərində icra edilir. Xankəndinin məlhəm havası, 36 il bir an belə unudulmayan xatirələri bizi qoynuna aldı. Çəkilişimiz Xankəndi şəhərinin Zəfər meydanından başladı. Gözün aydın Xankəndi, doğma sakinlərin gəlib! Sən bu gün azadsan! Qoynunda mənfur düşmən yoxdu! İllərlə vandal düşmənin fiziki, mənəvi təzyiqlərinə sinə gərən erməniyə baş əyməyən sakinlərin qayıdır!