Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində güclü partlayış baş verib.
Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İdlibin Sarmada şəhəri yaxınlığında baş verən partlayışın səbəbi hələlik məlum deyil.
Hadisədən sonra əraziyə çox sayda təcili yardım maşını göndərilib. Suriya dövlət televiziyası “Əl-İxbariyyə” partlayış nəticəsində çox sayda insanın yaralandığını bildirib.
Partlayışın səbəbləri və yaralananların dəqiq sayı ilə bağlı araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az