İrandan ABŞ-a: Siz ciddisiniz?


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalara istehza ilə reaksiya verib.

Turkustan.az xəbər verir ki, Əraqçi ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında Vaşinqtonun yeni sanksiya qərarını tənqid edib.

“47 illik sanksiyalardan sonra ABŞ İsrail adından İranla müharibəyə başladı. Bunun ABŞ üçün nüfuz itkisi və fəlakətlə nəticələndiyini” bildirən Əraqçi əlavə edib ki, Vaşinqton sanksiyalar və ya müharibə yolu ilə məqsədlərinə nail ola bilməyib.

İranlı nazir ABŞ-ın yeni sanksiyalarını “innovativ həll” adlandıraraq “Vaşinqtonun innovativ həlli: Daha çox sanksiya! Ciddisiniz?” ifadəsini işlədib.

ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sektorunu dəstəklədiyi iddia edilən 36 şirkəti sanksiya siyahısına daxil edib. Vaşinqton bu sektordan silah, şəxsi heyət və qanunsuz yüklərin daşınması üçün istifadə edildiyini bildirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ