Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE


Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Turkustan.az Bizim.Media-ya istinadla xəbər verir ki, Rəşadət Orucov Qubadlı rayonunda anadan olub.

O, 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir Şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz Rayon Prokurorluğunun böyük müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb.

2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.


MANŞET XƏBƏRLƏRİ