Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlar


"Ötən həftə Prezident İlham Əliyev yenidən açıqlama verdi ki, Qarabağda yaşayan ermənilər xüsusi status və imtiyaz gözləməsinlər. Qarabağda yaşayan ermənilərin nə statusu, nə də müstəqilliyi olacaq. Onlar Azərbaycan vətəndaşları kimi eyni hüquqa malik olacaqlar. Belə çıxır ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq seçkilərdə iştirak edəcəklər".

Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

"Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə olacaq. Belə olan halda Nikol Paşinyan sadəcə susur. İlham Əliyev Nikolu çoxdan susdurub. Nikol Paşinyan sadəcə ölkə üçün üz qarasıdır, onu artıq susdurublar " - qəzetdə dərc olunan məqalədə qeyd edilib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ