“İranın İsfahan şəhərində istehsal olunan kərə yağı əvvəlcə Azərbaycana ixrac olunur, oradan isə Ermənistana göndərilir”.
Turkustan.az xəbər verir ki, bunu İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Sərkis Ter-Yesayan qeyd edib.
O deyib ki, belə məqamda Ermənistanın aidiyyəti qurumları təhlükəsizlik tədbirlərinə diqqət yetirməlidirlər.
Qeyd edək ki, Azərbaycan sülh prosesi çərçivəsində Ermənistana məhsulların tranzitinə şərait yaradıb. İndiyə qədər Azərbaycandan Ermənistana göndərilən məhsullarla bağlı hər hansı neqativ hal aşkarlanmayıb./Globalinfo.az