ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə NATO-nun Ankara Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə çatıb.
Turkustan.az xəbər verir ki, Trampın təyyarəsi Ankara Hava Limanına eniş edib.
17 ildən sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidenti olan Trampın bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü gözlənilir. Liderlərin görüşündə ikitərəfli münasibətlər, NATO gündəliyi və regional məsələlərin müzakirə olunacağı bildirilir.
Aytən Yaşar/ Turkustan.az