Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ


Qazaxıstanın yeni Konstitusiyası ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə yenidən prezidentliyə namizəd olmağa imkan verir.

Turkustan.az xəbər verir ki, Qazaxıstanın Konstitusiya Məhkəməsi bəyan edib ki, 1 iyul 2026-cı ildən sonra prezidentlik vəzifəsinə seçilmə və təyinat şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, birinci müddət hesab olunacaq.

Nəticə etibarilə, Qazaxıstanın hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev gələcək seçkilərdə namizəd olmaq hüququna malik olacaq.

"Bir şəxsin 1995-ci il Konstitusiyası qüvvədə olduğu müddətdə göstərilən vəzifələrdən birini tutması özlüyündə Qazaxıstan Respublikası Konstitusiyasının qüvvəyə minməsindən sonra onun seçilməsinə və ya təyin olunmasına maneə yaratmır", - deyə ölkənin əsas qanunu ilə bağlı aydınlaşdırmada bildirilir.

Referendumda seçicilərin 87,15%-i tərəfindən dəstəklənən yeni konstitusiya 1 iyulda qüvvəyə minib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ