Cari ilin ilk 5 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 631 nikah qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə modern.az-a Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, həmin nikahlarda Azərbaycan Respublikası vətəndaşlarından 307-si qadın, 324-ü isə kişi olub.
"Məlumat üçün bildiririk ki, nikahlar əsasən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Özbəkistan vətəndaşları ilə qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 5 ayında isə 858 Azərbaycan Respublikası vətəndaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olub”, - deyə rəsmi məlumatda qeyd olunub./modern.az