ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, İrandan neft alan Çin neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, bu addım Pekinin Çin Prezidenti Si Cinpinlə görüşündən sonra Tramp tərəfindən edilən mümkün güzəşt kimi qiymətləndirilir.
Tramp bildirib ki, məsələni Çin paytaxtında Si Cinpinlə keçirilən görüşlər zamanı müzakirə edib.
“Air Force One” təyyarəsində jurnalistin sanksiyaların ləğvi ilə bağlı sualına cavab verən Tramp deyib: “Yaxın bir neçə gün ərzində qərar verəcəyəm. Əslində bu barədə danışmışıq.”
Aytən Yaşar/ Turkustan.az