Ukrayna Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri rusların Ukraynaya yeni raket və pilotsuz uçuş aparatları ilə hücumlar hazırladığını göstərən sənədlər əldə ediblər.
Turkustan.az xəbər verir ki, hədəflər arasında təxminən iki düzünə yaxın siyasi mərkəz və hərbi obyektin olduğu bildirilir.
Bu barədə Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik və Müdafiə Şurası və Təhlükəsizlik Xidmətinin rəhbərləri ilə keçirdiyi görüşdən sonra Telegram kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, Baş Kəşfiyyat İdarəsinin əldə etdiyi sənədlər Rusiyanın xüsusilə “qərar qəbuletmə mərkəzləri” adlandırdığı obyektlərə qarşı yeni raket və pilotsuz aparat hücumları planlaşdırdığını göstərir. O qeyd edib ki, siyahıda təxminən iyirmi dörd siyasi və hərbi məntəqə yer alır.
Ukrayna Prezidenti bildirib ki, Kiyev bu məlumatları nəzərə alıb və təhlükəsizlik tədbirləri görür. O əlavə edib ki, Ukraynanın müdafiəsinin əsas mənbəyi xalqın müstəqillik və dövlətçilik uğrunda mübarizə iradəsidir.
Aytən Yaşar/ Turkustan az