İtkin şəhidimizlə vida mərasimi keçirildi - FOTOLAR


Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, vida mərasimində hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.


MANŞET XƏBƏRLƏRİ