Trampdan İran etirafı: Səbrim tükənir!


ABŞ Prezidenti Donald Trump İrana qarşı səbrinin tükəndiyini bildirib və qeyd edib ki, Çin Prezidenti Si Cinpinlə Tehranın Hörmüz boğazını yenidən açması ilə razılaşıb.

Turkustan.az xəbər verir ki, lakin Pekin bu məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

Tramp cümə günü Si Cinpinlə keçirdiyi iki günlük danışıqlardan sonra Pekindən qayıdarkən bildirib ki, Vaşinqton Çin şirkətlərinə tətbiq olunan İran nefti ilə bağlı sanksiyaların ləğv olunmasını nəzərdən keçirir. Çin hazırda İran neftinin ən böyük alıcısı hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ