Azərbaycanda müşahidə olunan aramsız yağıntılar dağ çayları ilə yanaşı, Kürün səviyyəsini də xeyli artırıb.
Turkustan.az xəbər verir ki, xüsusilə çayın Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi xeyli yüksəlib.
Müşahidələr göstərir ki, təkcə son bir həftədə Salyan ərazisində suyun səviyyəsi 1,5 metrdən çox qalxıb. Ümumilikdə isə minimum hədlə müqayisədə artım 2,5 metri ötüb.
Hazırda suyun səviyyəsi təhlükəli həddə çatmasa da, mütəxəssislərin fikrincə, artım bu templə davam edərsə, bəzi aşağı relyefli ərazilərdə çətinliklər yarana bilər. Xüsusilə çökək yerlərdə qrunt sularının üzə çıxma ehtimalı var.
Suyun səviyyəsinin artması artıq çayın ekosisteminə də təsir göstərib. Kürdəki kiçik adacıqlar tamamilə suyun altında qalaraq görünməz olub.Tuqay meşələrinin bəzi hissələrində ağaclar suyun içində qalıb.
Mövcud vəziyyət əvvəlki illərdə baş vermiş daşqınları xatırlayan yerli sakinlərdə müəyyən narahatlıq yaradıb.
Daha ətraflı videomaterialda
/yenisabah.az/