Avropa İttifaqı (Aİ) Rusiyanın NATO-ya göndərdiyi qeyri-rəsmi sənədlə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Kristian Viqand gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Aİ-nin mövqeyinin dəyişmədiyini bildirib.
Viqand Rusiyanın NATO-ya göndərdiyi qeyri-rəsmi sənəddən xəbərdar olduqlarını və NATO-nun sənədə reaksiyasını alqışladıqlarını deyib.
“Əlbəttə ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını qınayırıq. Aİ Rusiyanın qurduğu tələyə düşməyəcək və Moskvanın qorxutma və təşviş yaratmaq taktikasını daha da görünən etməyəcək”, - deyə o bildirib.
Aİ rəsmisi qeyd edib ki, qurum NATO ilə sıx əməkdaşlıq edir, lakin iki təşkilat arasında aparılan müzakirələrin təfərrüatlarını açıqlamayacaq.
Viqand həmçinin Rusiyanın Avropa Komissiyasına analoji sənəd göndərmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az