Səudiyyə Ərəbistanı Yəmən hökumətinə 224 milyon rial (60 milyon dollar) məbləğində yeni maliyyə dəstəyi ayırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Yəmənin İnkişafı və Yenidənqurma Proqramı” məlumat yayıb.
Bildirilib ki, maliyyələşdirmə Yəməndə dövlət qulluqçularının maaşlarının və əməliyyat xərclərinin ödənilməsinə yönəldiləcək.
Qeyd olunub ki, Ər-Riyadın Yəmən büdcəsinə dəstək məqsədilə ayırdığı 60 milyon dollar büdcə kəsirinin azaldılmasına və dövlət sektorunda pul vəsaitlərinin hərəkətinin tənzimlənməsinə töhfə verəcək.
Yəmən 2014-cü ilin sentyabrında husilərin paytaxt Səna və bir sıra əyalətlərə nəzarəti ələ keçirməsindən sonra vətəndaş müharibəsi ilə üzləşib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
Aytən Yaşar/ Turkustan.az