Pezeşkian: Dialoqdan əl çəkməyəcəyik!


İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın əldə olunmuş razılaşmalara baxmayaraq, İranı üç dəfə hədəfə aldığını bildirib.

Turkustan.az xəbər verir ki, Pezeşkian ABŞ ilə vasitəçilər üzərindən aparılan danışıqlara münasibət bildirərkən Tehranda keçirilən görüşdə çıxış edib.

İran Prezidenti xalqının hüquqlarını qürurla müdafiə etdiklərini vurğulayıb.

“ABŞ üç dəfə müqavilə imzalayıb ölkəmizi hədəfə alsa da, biz heç vaxt dialoqdan çəkinməmişik və çəkinməyəcəyik”, - deyə Pezeşkian bildirib.

O, ABŞ və İsrailin İranı məhv etməyi hədəflədiyini, lakin ölkəsinin müqaviməti ilə qarşılaşdıqdan sonra bu planların uğursuzluğa düçar olduğunu iddia edib.

Pezeşkian ABŞ-ı hücumlar və sui-qəsdlər yolu ilə İranı diz çökdürmək cəhdindən əl çəkməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ