“ABŞ Prezidenti Donald Tramp atəşkəsin əsas təşəbbüskarı olub, bu addım İran hökumətindən deyil, məhz Vaşinqtondan gəlib”.
Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp administrasiyası bir neçə həftə ərzində gizli şəkildə atəşkəsə nail olmağa çalışıb:
“Məqsəd İranın Hörmüz boğazına nəzarəti səbəbindən yaranan iqtisadi yükü azaltmaq olub. Vaşinqton bu prosesdə vasitəçi kimi Pakistandan istifadə etməyi planlaşdırıb. Pakistan ordusunun baş qərargah rəisi Asim Munir İran rəsmiləri, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və Trampın özü ilə əlaqə saxlayıb. Bu əlaqələr, Trampın çərşənbə axşamı İran sivilizasiyasını məhv etməklə hədələməsindən sonra da davam edib”.
“Financial Times” bildirib ki, diplomatik kanallarla tanış olan beş mənbə Trampın hələ martın 21-dən etibarən atəşkəs istədiyini deyib:
“Hətta o, bunun üçün İrana yalvarıb. Həmin tarixdə o, ilk dəfə İranın elektrik stansiyalarına zərbə endirməklə hədələmişdi. Bu məlumatlar Tramp administrasiyasının İrana dair rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Ağ Ev iddia edirdi ki, davamlı bombardmanlar və sərt hədələr zəifləyən İranı danışıqlara məcbur edib”./Globalinfo.az