Moldova prezidenti Maya Sandu ölkəsinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması barədə fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, Sandu tərəfindən imzalanan fərman Moldovanın Rəsmi Qəzetində dərc edilib. Fərmana əsasən, MDB-nin fundamental müqavilələri çərçivəsində təşkilatın təsis müqaviləsi, protokolları və nizamnaməsi ləğv edilib.
Moldova hökuməti ötən ay MDB-nin fundamental müqavilələrini ləğv etmək qərarına gəlib. Bu qərar ayın əvvəlində parlament tərəfindən təsdiqlənib.
Avropa İttifaqına (AB) üzvlük yolunda olan Moldova əvvəllər MDB çərçivəsində imzalanmış təxminən 70 müqaviləni ləğv edərək MDB-dən çıxma prosesinə başlamışdı.
1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılan Moldova 1994-cü ildə MDB-yə qoşulub.
Aytən Yaşar/ Turkustan.az