“İranda rejim dəyişəcək. Məqsədimiz açıqdır: İranın nüvə təsislərini məhv etmək”.
Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ-nin müharibə naziri Pete Hegseth az öncə keçirdiyi brifinqdə bəyan edib.
Hegseth əməliyyatın “tarixin ən ölümcül hava əməliyyatı” olduğunu deyib.
O bu müharibənin “bitməyən olmadığını” deyib və ABŞ-nin hədəflərinə qətiyyətlə çatacağını vurğulayıb.
“Heç bir angajman qaydalarına baxmadıq. Vaxt və can itirmək istəmədik. “ABŞ-İsrailə ölüm” deyənləri İsrail ilə birlikdə məhv etdik”, ABŞ-ın müharibə naziri bəyan edib. /yenisabah.az/